Bakıda 6 nəfər 34 yaşlı qadını döydü

SOSİAL
10:07 24.04.2023
562
Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb.

AZXEBER.COM  report-a istinadən xəbər verir ki, hadisə "20 Yanvar” stansiyasının yanında baş verib.

1989-cu il təvəllüdlü Həbillayeva Pərvanə Məmməd qızı bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

OXŞAR XƏBƏRLƏR