Bakıda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, aeroport yolunu keçən 1957-ci il təvəllüdlü Osmanov Rac Əbdulrəşidoviçi avtomobil vurub. Nəticədə R.Osmanov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
///Report