Bakıda 65 yaşlı oğru qadın tutuldu

Bakıda 65 yaşlı oğru qadın tutuldu
SOSİAL
23:22 24.05.2023
178
Bakıda qadının pulqabısı oğurlanıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birində qəsəbə sakini olan qadının içərisində 1080 manatı olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 65 yaşlı S.Nəcəfova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR