Bakıda 66 yaşlı kişi dəm qazından zəhərlənib öldü

Bakıda 66 yaşlı kişi dəm qazından zəhərlənib öldü
SOSİAL
09:45 12.01.2026
309
Bakının Qaradağ rayonunda 66 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü qəsəbə sakini Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğulub. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR