Bakıda 70 yaşlı kişi damarlarını doğradı

Bakıda 70 yaşlı kişi damarlarını doğradı
SOSİAL
11:19 29.11.2016
871
Bakıda intihar hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Cavanşir küçəsi ev 21, mənzil 96 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 70 yaşlı Zakir Vəli oğlu Əliyev yaşadığı evdə damarlarını doğrayaraq intihar edib.

İlkin məlumata görə, Z. Əliyev ağır xəstəlikdən əziyyət çəkirmiş. O, otağın qapısını arxadan bağlayaraq damarlarını doğrayıb. Ailə üzvləri qapını qıraraq içəri daxil olduqda artıq gec olub, Z. Əliyev çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR