Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir

SOSİAL
11:23 19.09.2019
5885
Bakının Xətai rayonunda dəhşətli cinayət faktı qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Qəddar cinayətin qurbanı 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovna olub.

Telnova küçəsindəki mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qəsdən adam öldürmə faktı ilə Azərbaycan CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

İlkin ehtimala görə, qadının qətlində oğlunun əli var. Cinayəti törədən şəxs gizlənib. Hazırda 34-cü Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsin axtarışına başlayıblar.

OXŞAR XƏBƏRLƏR