Bakıda 78 yaşlı kişi itkin düşdü

Bakıda 78 yaşlı kişi itkin düşdü
SOSİAL
18:00 18.07.2018
4801
Bakıda yaşlı kişi itkin düşüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı şəhər sakini Babayeva Aynur Sadiq qızı məlumat verib.

Məlumata görə, onun atası, 1940-cı il təvəllüdlü Gülmalıyev Sadiq Baba oğlu iyulun 17-də Nəsimi rayonu, M.Sənani küçəsi, 1-də yaşadığı mənzildən çıxıb və naməlum istiqamətə gedib. S.Gülmalıyev qızı A.Babayeva ilə birlikdə yaşayırmış.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR