Bakıda yaşlı qadın pilləkəndən yıxılaraq ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 85 yaşlı H.Adabəyova yaşadığı evdə pilləkənlərdən yıxılıb.
Xəsarət alan yaşlı qadın xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.









































