Bakıda 9 marşrutun hərəkəti dəyişdirildi – alternativ küçələr açıqlanıb

Bakıda 9 marşrutun hərəkəti dəyişdirildi – alternativ küçələr açıqlanıb
SOSİAL
17:10 10.08.2026
171
Bakının Həsən Seyidbəyli küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

AZXEBER.COM xəbər veirr ki, məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli marşrutların hərəkəti alternativ küçələr üzrə təşkil olunub.

Marşrutlar Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edəcək.

Bundan əlavə, 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların "İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil edilib.
OXŞAR XƏBƏRLƏR