Etirazlardan sonra minimum əməkhaqqı artırılacaq

Etirazlardan sonra minimum əməkhaqqı artırılacaq
DÜNYA
01:44 10.11.2026
49
Fransa hökuməti yaşayış xərclərinin artmasına qarşı keçirilən etirazlara cavab olaraq minimum əməkhaqqını artıracaq.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sebastyan Lekornyu bildirib.

Onun sözlərinə görə, həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndələri ilə keçirilən görüşlərdən sonra tam iş günü çalışanlar üçün minimum aylıq əməkhaqqının dekabrın 1-dən etibarən 1.6% artırılaraq 1 502 avroya (2 860 manat) çatdırılması qərara alınıb.

Lekornyunun sözlərinə görə, bu, son 20 ildə qeydə alınan ikinci ən böyük artım olacaq.

Lakin Fransanın radikal solçu CGT həmkarlar ittifaqının rəhbəri Sofi Bine minimum əməkhaqqının bu qədər artırılmasını kifayət hesab etməyib. O, noyabrın 17-də növbəti tətilə çağırıb və əməkhaqlarının 10% artırılmasını tələb edib.

Biznes birlikləri isə gözlənildiyi kimi, bu qərara qarşı çıxıblar. Onların fikrincə, minimum əməkhaqqının artırılması məşğulluğa mənfi təsir göstərə bilər.
OXŞAR XƏBƏRLƏR