Bakıda 93 yaşlı universitet

Bakıda 93 yaşlı universitet
Bütün Xəbərlər
12:23 01.09.2012
1599
Bu gün Bakı Dövlət Universitetinin yaranmasından 93 il ötür. Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olunub-Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə ilə-tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri dahi Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar-professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər tanınmış alimlər olublar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət ediblər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı L.D.Landau 1922-24-cü illərdə universitetimizdə təhsil alıb.1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edilib və onun bazasında Ali Pedaqoji İnstitut yaradılıb. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayıb və o, respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilib. Ikinci Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bilib. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri BDU-nun bazasında yaradılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA