Yasamal rayonunda bədbəxt hadisə baş verib.
Səhiyyə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, ağacın budaqları qırılaraq dayanacaqda gözləyən üç nəfər qadının üstünə tökülüb.
Yaralıları təcili tibbi yardım maşınları ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. Onlardan birinə kəllə-beyin travması, digər ikisinə isə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib.
Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.