Bakıda ağaclıq sahədə yanğın baş verib - VİDEO

Bakıda ağaclıq sahədə yanğın baş verib - VİDEO
SOSİAL
21:18 30.12.2025
155
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

AZXEBER.COM  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR