Bakıda ailə dramı - Kişi arvadının əvvəl iki dəfə ərdə olduğunu öyrəndi

Bakıda ailə dramı - Kişi arvadının əvvəl iki dəfə ərdə olduğunu öyrəndi
SOSİAL
19:58 30.04.2019
8792
Aprelin 6-sı iki körpəsini ataraq, evdəki 10 min manatı da götürüb qaçan Məhərrəmova Məhluqənin axtarışına çıxan son "həyat yoldaşı" Eldar adlı şəxs, onun əvvəl iki dəfə ailəli olduğu xəbərini "Səni axtarıram"ın efirində öyrənib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Eldar Məhluqənin üçüncü "əri" olsa da, bundan yeni xəbər tutduğunu bildirib:

"Məndən qabaq bir dəfə ərdə olduğunu bilirdim, ikincini bilmirdim".

Eldar 8 ildir bir yerdə yaşadığı uşaqlarının anası Məhluqəni daha qəbul etməyəcəyini bu sözlərlə bəyan edib:

"Onu qəbul etməyəcəm. Uşaqlarımın sənədini versin, mən uşaqlarımı göndərirəm anamgilə. Ya da uşaqlarını götürsün saxlasın, alimentini verim".

Qeyd edək ki, bundan əvvəlki kişidən "itkin gəlin"in 3 uşağı da var. 
OXŞAR XƏBƏRLƏR