Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, ev 7 ünvanında birotaqlı, yaşayış sahəsi 10.0 kv.m olan xidməti mənzilində yaşayan cavabdeh Ağabacı Mirzəağa qızı Şahbazova mənzilinə bitişik sahəsi 85 kv.m olan qeyri-yaşayış sahəsini heç bir müvafiq icazə sənədi olmadan zəbt edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
O qeyd edib ki, həmin şəxs zəbt etdiyi qeyri-yaşayış sahəsindən məhkəmə qərarı ilə çıxarılıb:
"Hazırda həmin şəxs müvafiq qərar olmasına baxmayaraq, mübahisəni davam etdirir, əsassız tələblər irəli sürür.
Aidiyyəti üzrə araşdırmalar davam etdirilir, həmin şəxslə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür".