Bakıda ailəsi ilə çimərliyə gedən 2 yaşlı uşaq dənizdə boğuldu

SOSİAL
15:27 25.06.2019
3584
Bakıda azyaşlı uşaq dənizdə boğulub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Bilgəh çimərliyində baş verib.

2017-ci il təvəllüdlü Bağırov Mircəfər Ramil oğlu valideynləri ilə Bilgəh çimərliyinə gedib.

Ailə çimərlikdə istirahət edib qayıdarkən azyaşlının yanlarında olmadığını görüb axtarışlara başlayıb.

Axtarış zamanı M.Bağırovun meyiti dənizdən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR