Bakıda ağır qəza - 36 yaşlı qadın öldü

Bakıda ağır qəza - 36 yaşlı qadın öldü
SOSİAL
10:59 08.09.2017
1526
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Dünən saat 19:30 radələrində Səbail rayonu Salyan şosesində "Mercedes" markalı, 90 OG 758 dövlət nömrə nişanlı avtomobil yolu keçməyə çalışan 36 yaşlı qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
 
Faktla bağlı Səbail rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR