Bakının Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan yerdə tuneldən çıxışda) ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, minik avtomobili ilə motosiklet toqquşub.
Qəza səbəbindən hazırda H.Əliyev prospekti əsas yolda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.