Bakıda ağır yol qəzası: avtobus yararsız hala düşdü

Bakıda ağır yol qəzası: avtobus yararsız hala düşdü
15:43 12.02.2013
968
Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, Biləcəri qəsəbəsindən M.Ə.Rəsulzadə qəsəbəsinə gedən yolda 202 saylı sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, avtobus yoldakı dəmiryol xəttini keçən zaman ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün çevrilib. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.Binəqədi rayon Polis İdarəsindən hadisə yerinə əməkdşa göndərildiyi bildirildi. Qəzanın dəqiq səbəbləri isə hələlik məlum deyil, arşadırma aparılır.
OXŞAR XƏBƏRLƏR