Bakıda ağır yol qəzası - Hər 2 sürücü öldü

Bakıda ağır yol qəzası - Hər 2 sürücü öldü
SOSİAL
14:38 09.08.2018
4346
Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM-un DİN-ə istinadən verdiyi xəbərə görə, hadisə avqustun 8-də saat 23 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakinləri Kamran Muradov idarə etdiyi "TOFAŞ” markalı avtomobili yolun kənarında dayanmış Ziya Dövlətovun idarə etdiyi "Hyundai HD” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş hər iki sürücü orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR