Bakıda altı yaşlı uşağın ölümünə səbəb olan tibb bacısının təhsili yox imiş

Bakıda altı yaşlı uşağın ölümünə səbəb olan tibb bacısının təhsili yox imiş
SOSİAL
13:27 21.04.2022
359
Keçən ilin oktyabr ayında Yasamal rayonunda 6 yaşlı Dəniz Qəhrəmanovanın ölümündə təqsirləndirilən tibb bacısına hökm oxunub.

AZXEBER.COM Kriminalqafqaz-a istinadla xəbər verir ki, Yasamal Rayon Məhkəməsində yaşadığı evdə tibb bacısı kimi xidmət göstərən 1959-cu il təvəllüdlü İ.Quliyeva Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, onun tibbi təhsili yoxdur. Belə ki, İ.Quliyeva 1989-cu ildə Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi Kitabxanasının nəzdindəki bir illik "Sağlamlıq və ilk tibbi yardım” kursunu bitirib və yaşadığı ərazidə insanlara tibbi xidmət göstərib.

Keçən ilin 13 dekabrında isə İ.Quliyevanın Yasamal rayonunda yaşadığı evin qonşuluğunda yaşayan ailə uşaqlarının qrip olduğunu bildirərək ona antibiotik vurmasını xahiş edib. Saat 22:30 radələrində səyyar tibb bacısı ailənin 10 yaşlı oğluna və 6 yaşlı Dənizə sınaq etmədən "Seftriaksion 500 mg” iynəsi vurub.

Oğlanda hər hansı neqativ reaksiya olmasa da, 10-15 dəqiqə sonra Dəniz şoka düşüb. Tibb bacısının antibiotiklərlə bağlı şoka qarşı preparatı olmadığından uşağa dərhal yardım göstərilməyib. Təxminən 1 saat sonra azyaşlı Respublika Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Aprelin 19-da başa çatan məhkəmə prosesində azyaşlının ailəsi İ.Quliyevadan şikayətçi olmadığını bildirib.

Ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron nəzarət cihazı tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb