Bakıda ana itkin düşən oğlunu axtarır

Bakıda ana itkin düşən oğlunu axtarır
SOSİAL
12:24 30.07.2017
824
Bakıda 54 yaşlı kişinin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

1938-ci il təvəllüdlü Yeliseyeva İnna Nixaylovna "102" xidmətinə zəng edərək bildirib ki, iyulun 23-də saat 13:00 radələrində onunla eyni ünvanda (Badamdar, S.Məmmədov küçəsi ev 13) yaşayan oğlu 1963-cü il təvəllüdlü Yeliseyev Dmitriy Nikolayeviç evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qadının müraciəti ilə bağlı axtarış tədbirlərinə başlanılıb. 
 
/// lent.az
OXŞAR XƏBƏRLƏR