Bakıda anası 16 yaşlı qızı evdən qovdu

Bakıda anası 16 yaşlı qızı evdən qovdu
SOSİAL
14:46 21.02.2024
191
Paytaxtın Qaradağ rayonunda ana 16 yaşlı qızını evdən qovub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, gənc qız rayonun Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alır. Hazıda qız müxtəlif ünvanlarda gecələməli olur.
Hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov qeyd edib ki, məsələ aidiyyatı üzrə yönləndirilib. Qurumun diqqətindədir.
OXŞAR XƏBƏRLƏR