Bakıda anası ilə birgə qətlə yetirilən şəxs şirkət rəhbəridir - FOTOLAR

Bakıda anası ilə birgə qətlə yetirilən şəxs şirkət rəhbəridir -  FOTOLAR
Bütün Xəbərlər
11:07 19.01.2016
2985
Faktla bağlı cinayət işi açılıb.
Bakıda anası ilə birgə qətlə yetirilən şəxsin şirkət rəhbəri olduğu məlum olub.
AZXEBER.COM  xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Molla Cümə küçəsindəki evdə anası Janna Məhərrəmova ilə birgə qətlə yetirilən 34 yaşlı Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq/biznes xidmətləri şirkətinin rəhbəri olub.
O, həm də business-dialogue.az saytının təsisçisi və rəhbəri olub.
Hazırda qətllə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Əməliyyat-axtarış tədbirləri aparılır. Qətlin hansı şəraitdə və hansı səbəbdən törədilməsi hələlik tam məlum deyil.
OXŞAR XƏBƏRLƏR