Bakıda arvadı evdən gedən kişiyə şok - Görün nə işlə məşğul imiş

Bakıda arvadı evdən gedən kişiyə şok - Görün nə işlə məşğul imiş
SOSİAL
15:00 31.10.2018
2919
Bakıda iki uşaq anası evdən qaçıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Əsgərova Aidə Əli qızının həyat yoldaşı "Səni axtarıram"a üz tutub.

Kişi uşaqları saxlaya bilmədiyini deyərək onları uşaq evinə vermək istədiyini bildirib:

İmkanım yoxdur. Fəhlə adamam, saxlaya bilmirəm. İstəyirəm uşaq evinə verim.

O, sonra Aidənin ikinci həyat yoldaşı olduğunu, yanındakı uşaqlardan birinin onun ilk evliliyindən olduğunu deyib:

"Mən onunla 5 il əvvəl tanış oldum, o vaxt bu uşaq da onun yanında idi. Bu uşaqlardan biri mənimdir. Mən gedirdim işə fəhləlik etməyə, gəlirdim ki, qapı bağlıdır. Sonradan bilmişəm ki, uşaqları da götürüb, dilənirmiş küçələrdə. Neçə dəfə polis bölmələrindən gedib çıxartmışam".
OXŞAR XƏBƏRLƏR