Bakıda ata qəza törətdi, qızı öldü

Bakıda ata qəza törətdi, qızı öldü
SOSİAL
13:05 21.12.2016
3847

 

Binəqədi rayonunun Xocəsən qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. 

AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAZ” markalı avtomobilə vurub.

Nəticədə F.Cahangirovun sərnişini - qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR