Aptekdən uşaq yeməyi oğurlayan şəxs həbs edildi - Yenilənib

Aptekdən uşaq yeməyi oğurlayan şəxs həbs edildi - Yenilənib
SOSİAL
16:52 08.06.2023
504
 16.43

Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib.

"Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”, - DİN rəsmisi vurğulayıb.

15.22 

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Bir nəfər aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub.

O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.
OXŞAR XƏBƏRLƏR