Bakıda 'Atletiko Madrid'in şərəfinə ziyafət verildi

İDMAN
10:57 30.04.2013
1651
Xəbər verdiyimiz kimi “Bakı” futbol klubunun dəvəti ilə dünya futbol nəhənglərdən sayılan İspaniyanın “Atletiko” klubu ölkəmizdə səfərdədir.AZXEBER.COM-un klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, aprel ayının 29-da "Four seasons" otelində dəyərli qonaqların şərəfinə ziyafət təşkil olunub.Piriney yarımadasının La Liqa təmsilçiləri ilə yanaşı ziyafətə yerli və ispan media nümayəndələri, futbol ictimayyəti, veteranlar və ölkənin yüksək vəzifəli şəxslər də qatıldılar.Qonaqları Azərbaycan estrada ulduzları əyləndirirdilər.Klubun prezidentləri Hafiz Məmmədov və Enrike Serezo tərəfindən bu təntənəli günü üçün xüsusi hazırlanan tort kəsildi. Klublar arasında yaranan bu əməkdaşlığın uzunmüddətli olması arzular dilə gətirildi.
OXŞAR XƏBƏRLƏR