Bakıda avtobus 10-dan çox maşını əzdi - FOTO

Bakıda avtobus 10-dan çox maşını əzdi - FOTO
SOSİAL
09:22 05.08.2024
178
Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.
 

 


OXŞAR XƏBƏRLƏR