Bakıda avtobus ağır qəza törədib obyektə çırpıldı: Xəsarət alanlar var

Bakıda avtobus ağır qəza törədib obyektə çırpıldı: Xəsarət alanlar var
HADİSƏ
21:53 04.11.2025
226
Bu gün axşam saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsində marşrut avtobusunun iştirakı ilə qəza baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, marşrut avtobusu bir neçə maşınla toqquşub. Daha sonra isə yol kənarında olan obyektə çırpılıb.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.

Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR