Bakıda avtobus qəzaya uğrayıb - Yaralanan var

Bakıda avtobus qəzaya uğrayıb - Yaralanan var
SOSİAL
10:53 20.03.2024
293
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Əsgərova Şəbnəm xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR