Bakıda aprel döyüşlərinin ildönümü münasibətilə ictimai nəqliyyat vasitələrində Azərbaycan bayrağı asılıb.
AZXEBER.COM-un məlumatına görə, bu hadisə cəmiyyət tərəfindən müsbət qarşılanıb.
Ancaq çox təəsüf ki, bəzi avtobus sürücüləri bayrağımızı təhrif edib. Paytaxtda fəaliyyət göstərən 32 nömrəli avtobusda bayrağımız səhv asılıb. Maraqlıdır ki, bayrağımızın təhrif olunmasına səbəbkar sürücü olsa da, sərnişinlər də buna münasibət bildirməyib. Bu avtobusdan istifadə edən heç bir sərnişin sürücüyə bu iradı bildirməyib.
Həmin fotoları təqdim edirik: