Bakıda avtobusda sərnişin sürücünün başına oyun açdı

Bakıda avtobusda sərnişin sürücünün başına oyun açdı
SOSİAL
18:20 27.07.2019
8095
Bakıda sərnişin avtobusunda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 25-də Xətai rayonu ərazisində fəaliyyət göstərən Şərur rayon sakini S.Abdullayevin idarə etdiyi "İsuzu” markalı 57 saylı xətt avtobusunda sərnişin qismində gedən naməlum şəxs açıq talama yolu ilə oradan 30 manat pul aparıb.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəfəsov saxlanılıb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR