Bakıda avtobusla maşın toqquşdu, 5 nəfər yaralandı - SON DƏQİQƏ!

SOSİAL
10:57 21.04.2019
10597
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

OXŞAR XƏBƏRLƏR