Bakıda avtobuslar niyə ləngiyir? - Səbəb açıqlandı

Bakıda avtobuslar niyə ləngiyir? - Səbəb açıqlandı
SOSİAL
11:14 23.02.2018
1518
Bakının bir neçə yolunda nəqliyyatın hərəkətində sıxlıq olduğundan avtobusların hərəkətində ləngimə baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "BakuBus" MMC məlumat yayıb.

"Hal-hazırda 28 May küçəsi - Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi - Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti,  Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən marşrut avtobuslarımızın intervallarında müvəqqəti ləngimələr baş verib", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR