Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM report-a istinadla bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Səkkizinci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Cəbrayılova Adikə Firudin qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı-kəllə beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.