Bakıda avtomobil kişini vuraraq öldürüb.
AZXEBER.COM "report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Fərid Səmədov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən 1965-ci il təvəllüdlü Güloğlan Heydərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.