Bakıda avtomobil piyadanı vuraraq öldürdü

HADİSƏ
19:10 01.04.2022
439
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə martın 31-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini A.İsmayılov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Etibar Sadıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR