Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Kərimov Əmirəli Hüseyn oğlu idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsi ilə Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü Zığ yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə avtomobil səkiyə çırpılıb.
Sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.