Bakıda ötən gün qəzada ölən şəxsin Türkiyə vətəndaşı olduğu məlum olub.
APA xəbər verir ki, ötən gün Səbail rayonu, Salyan şosesində 1997-ci il təvəllüdlü Məhəmməd Tağıyev idarə etdiyi "Mercedes-Benz” markalı avtomobillə Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Sabit Bildimi vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb.
08:58
Bakının Səbail rayonunda qəza zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Salyan şosesində baş verib.
Belə ki, "Mercedes” markalı avtomobil yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçən 35-40 yaşlı kişini vurub. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Dərhal hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.