Bakıda avtomobil velosipedçini vurub qaçdı - ANBAAN VİDEO

SOSİAL
10:25 08.07.2020
2776
Bakıda sürücü avtomobili ilə velosipedçini vurduqdan sonra hadisə yerindən qaçıb. 

AZXEBER.COM xəbər verir ki, bununla bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. 

Bildirilib ki, qəza Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 

Videodan sutkanın qaranlıq vaxtı yolun solu ilə hərəkət edən velosipedçini arxadan gələn "Mercedes” markalı avtomobilin vurduğu və sürücünün gəldiyi sürətlə hadisə yerindən uzaqlaşdığı görünür. 

Zərbənin gücü velosipedçini bir neçə metr kənara tullayıb. 

Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR