Bakıda maşın velosipedçini vuraraq öldürüb. AZXEBER.COM xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Elnur Ağayev "BYD” markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Natiq Vahabovu vurub. Natiq Vahabov hadisə yerində ölüb. Fakt bağlı cinayət işi başlanılıb.