AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, aprel ayında zədələnən vingerin bərpa prosesi artıq yekunlaşmaq üzrədir.
İspaniyanın "AS” nəşrinin yaydığı məlumata görə, "Barselona” rəhbərliyi Yamalın mundialın ilk matçında meydana qayıtmasına və milliyə kömək etməsinə razılıq verib. Lakin Kataloniya təmsilçisi bununla bağlı xüsusi şərt irəli sürüb.
Klub futbolçunun zədəsinin təkrarlanmaması üçün meydana dönüşünün mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Klubun şərtinə əsasən, Yamalın oyun müddəti belə tənzimlənməlidir:
İlk oyunda: Təxminən 15 dəqiqə
İkinci oyunda: 45-60 dəqiqə
Qeyd edək ki, İspaniya yığması dünya çempionatında ilk matçını iyunun 15-də Kabo-Verde seçməsinə qarşı keçirəcək.











































