Bakıda avtomobilə hücum edib sürücünü ölümcül hala saldılar - VİDEO

Bakıda avtomobilə hücum edib sürücünü ölümcül hala saldılar - VİDEO
SOSİAL
11:07 11.03.2025
380
Bakıda küçədə kütləvi dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verilib. 

Bildirilib ki, "Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

Belə ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu  Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə "Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən  Natiq Mustafakamalov, Vahid Cavadov,  Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
 

OXŞAR XƏBƏRLƏR