Bakıda avtomobilin vurduğu 76 yaşlı kişi iki həftə sonra ölüb

Bakıda avtomobilin vurduğu 76 yaşlı kişi iki həftə sonra ölüb
HADİSƏ
09:14 17.10.2025
104
Bakıda avtomobilin vurduğu 76 yaşlı kişi iki həftə sonra ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə oktyabrın 2-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Q.Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Mirməhərrəm oğlu Seyidov idarə etdiyi "Mercedes 208D" markalı avtomobillə piyada, 1949-cu il təvəllüdlü Şirvan İsmayıl oğlu Ağayevi vurub. 76 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq, oktyabrın 16-da yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR