Bakıda avtomobilin vurduğu piyada reanimasiyaya yerləşdirildi

Bakıda avtomobilin vurduğu piyada reanimasiyaya yerləşdirildi
SOSİAL
23:11 28.10.2021
354
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunun "Ukrayna dairəsi”ndə avtomobil yolu keçən 1955-ci il təvəllüdlü İsgəndərova Xanım Kazım qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR