Bakıda avtoqəza: Qadın yaralandı – FOTO

Bakıda avtoqəza: Qadın yaralandı – FOTO
SOSİAL
12:06 27.05.2017
1826

 

Bu gün Bakıda Məsud Davudoğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə məlumatı jurnalist Əzizə İsmayılova sosial şəbəkədə paylaşıb. 

O bildirib ki, "Hundai” markalı avtomobil Azadlıq prospektinə dönmək üçün həmin ərazidə yerləşən dairəyə sürətlə girib. 

Nəticədə "Mercedes” markalı avtomobillə toqquşub:

"Avtomobildə qabaqda oturan sərnişin xanım kəmər bağlamadığı üçün yaralanıb. Təcili yardım maşını ilə xəstəxanaya aparıldı. Dediyinə görə, imtahana tələsirmiş”.

 

 
 
 
 

OXŞAR XƏBƏRLƏR