Bakıda “ayıq sürücü” qəza törətdi: Xəsarət alan var - FOTO

Bakıda “ayıq sürücü” qəza törətdi: Xəsarət alan var - FOTO
SOSİAL
10:26 23.11.2021
769
Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Hadisə Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

KİA markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığından keçən zaman "Chevrolet” markalı avtomobil idarəetməni itirərək ona çırpılıb.

Qəza zamanı KİA-nı idarə edən qadın xəsarət alıb. Hadisə şahidlərinin məlumatına görə, "Chevrolet”i idarə edən şəxs "ayıq sürücü” xidmətinin əməkdaşı olub.

"Chevrolet”in sürücüsünün Abbas Mirzə Şərifzadə küçəsində işıqforun qırmızı işığından keçdiyi bildirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 
///Apa

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR