Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçiriləcək

İQTİSADİYYAT
09:06 13.11.2012
1734
Noyabrın 14-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Dubay Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Biznes Forumu keçiriləcək. AZPROMO-dan verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı və qida, sənaye, tikinti, təhsil, aviasiya, yük daşınmaları, turizm, ticarət, metallurgiya, tullantıların idarə edilməsi, tekstil və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR