Bakıda bağçalara uşaq qəbulu dayandırıldı

Bakıda bağçalara uşaq qəbulu dayandırıldı
SOSİAL
22:31 19.02.2021
1961
Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı APA-ya təsdiqləyiblər.

Xatırladaq ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.
OXŞAR XƏBƏRLƏR